gooogle

Bir zənglə dünya evinizdə!

Ana səhifə-Qurulma təlimatı

  1.  

    Peyk Antenasını qurmaq üçün bizə nələr lazımdır?

    Lnb,Receiver,Canaq,informasiya kabeli və fiş.


Peyk antena qurulumu necə həyata keçirilir?Kanalları necə kəsintisiz izləyə bilərik?
Yayımların problemsiz izlənməsı ancaq alış antenasının peykə tam olaraq fokuslanması ilə mümkündür. Bu səbəblə antena quraşdırılmasını mütləq kafi texniki məlumata və təchizata sahib professional servislər etməlidir. Burada hər hansı bir əlavə avadanlıq istifadə etmədən var olan peyk antenasının nizamlanmasını izah edəcəyik.
1.Antena çanağı əyrisiz
passız olmalıdır,
2.Önündə maneə,bina,Ağac və s. olmamalıdır.

3.Yağmurun bol və daimi yağdığı bölgələrdə daha böyük antena çanağından istifadə etməlisiz.


  

4/Qurarkən aparata lazımi frerkans yazılır,(Türksat 12380 V27500)Alış antenası, azimut sağ-sol (V) və Elevasiya yuxarı aşağı (H)istiqamətlərinə

arı-
hərəkət etdirilərək antena nizamlanması edilir.

5.Alıcı antenadan nizamlama edərkən peykdə olan güclü bir yayın frekansı ilə (Türksat 12380V27500) siqnal alınır,zəif bir yayın siqnalının keyfiyyətinin səviyyəsini yüksəltməklə çanaq tam nizamlanır. Pultdan "info" düyməsinə basılaraq kanalın siqnal keyfiyyətinin səviyyəsi təqib edilir.


Göstərilən istiqamətlərdə birində edilən hərəkət nəticəsində, o istiqamətdə siqnalın keyfiyyət səviyyəsini ən yüksək edərək antena üçün əlaqədar istiqamətdəki ən uyğun nöqtə müəyyən edilir. )Oxşar əməliyyat digər peyk üçün də edilərək, yenə ən yüksək səviyyə və əlaqədar istiqamətdəki ən uyğun tapıla bilər).
Beləcə qəbul edici antena peykə düzcə istiqamətləndirmiş olur.
Bu düzəlişlər zamanı, siqnalın tamam alınması məqsədiylə istifadə vintləri tarazlamaq və nizam sona çatdığında əldə edilən güclü siqnal itirilmədən diqqətli bir şəkildə vintlərin sıxmaq lazımdır.
Diqqət!: Antena nizamlama işinə başlamazdan əvvəl mövcud peyk antenası mövqeyinin itirilməməsi üçün antenanın üfüqi və şaquli mövqeyi qələmlə işarələnməlidir. Beləcə, peyk siqnalı itirilsə belə başlanğıc nöqtəsinə asanlıqla dönə bilərsiniz.
Diqqət: incə antena nizamlanması
(polarizasiya) etmək üçün, şaquli və üfüqi istiqamətdəki hərəkətlərin mümkün olduğu qədər kiçik olması lazımdır. Sonrakı addım olaraq qəbul qurğusunda peyk polarizasiyasına oturtmaq üçün (antenanın çanağıyla oynamadan) LNB nizamı edilir. Bunun üçün hər hansı bir yayım frekansı (məsələn üfüqi Türksatda 12336 H 5520) seçilərək siqnalın keyfiyyət səviyyəsi yüksəldilir. Antenanın qəbul mərkəzində olan LNB, antena sabit qalacaq şəkildə, saat istiqamətində və ya tərsinə çevirilərək səviyyənin maksimum olduğu nöqtə müəyyən edilir.

Beləcə biz Bir Lnb li peyk antenasını qurmuş oluruq

LNB lər alış etdiyi peyk siqnallarını gücləndirməkdə və bu siqnallar üzərində bir tezlik çevrimi edərək yüksək tezliklərdəki peyk siqnallarını aşağı tezliklərə endirə bilir.Peyk antenası üzərində olan LNB nin zamanla müxtəlif ekoloji təsirlərə məruz qalaraq xüsusiyyətlərini itirməsi mümkündür. Belə bir LNB tezlik çevrimi edərkən siqnalın tezliyini olması lazım olandan bir neçə MHz aşağı və ya yüksək dəyərə çevirə bilər. Bu vəziyyət, antena düzgün bir şəkildə nizamlı olduğu halda bəzi yayımların izlənilib bəzilərinin izlənilməsinin mümkün olmaması şəklində ortaya çıxa bilər. Bu kimi bir problem olduğu təsbit edildiyində ediləcək ən doğru şey, LNB'yi dəyişdirməkdir. Lakin aşağıda açıqlanan müvəqqəti həll ilə də bu problem LNB dəyişdiriləcəyinə qədər  aradan qaldırıla bilər. Alıcının axtarış menyusunda yayımların bütün parametrləri əllə girilərək alıcının problemi həll etməsi gözlənilər və OK (tamam) düyməsinə basmadan siqnal keyfiyyəti qeyd edilir. Girilən tezlik "1" dəyər artırılır. (məsələm frekans 12336 deyil 12337 edilir)Bu tezlik dəyişikliyində siqnal səviyyəsinə təkrar baxılaraq, səviyyədə azalma varsa tezlik dəyəri azaldılır. Bu istiqamətdə səviyyədə artma varsa yenə girilən dəyər "1" dəyər azaldılaraq davam edilir. Siqnal səviyyəsinin maksimum olduğu nöqtə seçərək, yayım üçün bu tezlik istifadə edilər. Yəni tezlik olması lazım olan dəyərdən "1"  MHz addımlarla artırılır və ya azaldılır və siqnalın ən güclü alındığı nöqtə təyin edilir.

Antena qurğusu ilə peyk qəbuledici arasındakı əlaqəni təmin edən kabelin mümkün qədər qısa və keyfiyyətli olması vacibdir.Kabel uzunluğu artdıqca peyk qəbuledicisinə çatacaq siqnal gücü zəifləyir. (maksimum 35 metr).Çox uzun kabel istifadə edilməsi lazımdırsa "Xətt gücləndirici" istifadə edərək siqnal səviyyəsi yüksəldirlər. Keyfiyyətsiz kabellərdə siqnalın çoxca zəifləməsi ola bilir.

 Peyk antenaları elektromaqnit siqnalları yayan və qəbul edən radio,Telefon,yerüstü peykə bənzər yayımlar (Məsələn "Connec TV" anteni )Yüksək gərginlikli elektrik xəttinin yaxınlığıında olduğu zaman  bu kimi faktorlardan təsirə məruz qalaraq Peyk qəbul edici antena  müəyyən bir tezlikdə yerləşən siqnalları qəbul etmir.

Bəzi peyk alıcılarının siqnal qəbulu zəifdir.Bu vəziyyətdə alıcı tüner asanca ekoloji təsirlərə məruz qala bilər. Xüsusilə köhnə peyk qəbuledicilərində bəzi siqnalların alına bilməməsi kimi problemlər yaşandığında peyk qəbuledicisinə proqram yeniləməsi etmək lazım ola bilər.
  Sd formatlı qəbuledici ilə HD kanalları izləmək mümkün olmadığı üçün,SD qəbuledicinizi HD qəbuledici ilə dəyişməyi məsləhət görürəm.

LNB nədir?

Aşağı Səs Kütləsi - LNB (Low Noise Block) Peyk yayımlarını ala bilmək üçün, peykdən antenanın mərkəz nöqtəsinə gələn yüksək tezlikli siqnalların üzərində əməliyyat edən ilk təchizat işçisi LNB'dir.





Diseqc Nədir?
  

DiSEqC (İngiliscə: Digital Satellite Equipment Control, Azərbaycanca: Rəqəmsal peyk avadanlıq nəzarəti), rəqəmsal peyk qəbuledici ilə çoxlu peyk sistemi, motorlu peyk sistemi arasında istifadə edilən xüsusi bir ünsiyyət protokoludur.
Bu sistem Avropadakı peyk xidmət provayderi Eutelsat tərəfindən inkişaf etdirilmişdir.

 Sayt Sahibi:
Xeyyam Asadli 
Facebook səhifəmiz:
Ustalar VƏ onlayn kömək 
Peyk antenaların qurulması və təmiri. 

 Əlavə olaraq:

Android telefonlara faydalı link
  
Descarga de Apps para Android - Descarga, descubre, comparte en Uptodown
Nokia s40 

Kavkaz Qrupu - ANA SƏHİFƏ
Canaq Antena 2015-2017 Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol